Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Azər Həsrət:

Ağdam-Xankəndi yolu açılmayana kimi, Laçın yolu da sərt rejimini qorumalı olacaq

Siyasi şərhçi Azər Həsrət: Sentyabrın 12-si səhər saatlarında Rusiya Qırmızı Xaçına mənsub yük maşınının Ağdam-Xankəndi yoluyla hərəkət etməsi əlamətdar hadisədir. Artıq uzun illərdən sonra bu yolun yenidən işlək hala gəlməsi üçün şərait yaranıb. Lakin nəzərə alaraq ki, Rusiyaya aid humanitar yük bu yolla hərəkət etsə də Azərbaycanın Qarabağdakı ermənilərə göndərdiyi yük hələ də o yoldan istifadə edə bilmir, onda məsələ tam həll edilməmiş sayılır. Yəni Rusiyaya aid bir yük maşınının oradan keçməsi heç də o demək deyil ki, bölücü ermənilər və onların havadarları Ağdam-Xankəndi yolunu tam olaraq açmış sayılır. O baxımdan biz düşünürük ki, ilk addım olaraq bu hadisə uğurlu sayılsa da məsələ tam olaraq həllini tapmayıb. Elə ona görə də hələlik yolların tam açılmasından danışa bilmirik. Yəni Laçın yoluyla bağlı durum da olduğu kimi davam edəcək. Ermənilər (əslində elə Rusiya sülhməramlıları) Ağdam-Xankəndi yolunu açmadıqca, Laçın yolu da sərt rejimini qorumalı olacaq.

Bir məqamı da xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla 44 günlük müharibə bitdikdən sonra Azərbaycan Rusiya sülhməramlılarına Ağdam-Xankəndi yolundan istifadə üçün şərait yaratmışdı. Ruslar təyyarə ilə Gəncəyə gəlir, oradan da quru yolla Xankəndiyə gedirdilər. Amma sonradan özlərinə bəlli olan səbəblərdən bu fikirdən daşınıb yenə də İrəvan-Xankəndi yolundan istifadəyə davam etdilər. Bu isə bir daha sübut edir ki, Ağdam-Xankəndi yolunu, əslində ruslar bağlı tutur, onların girovu olan ermənilər deyil...