Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elnurə Məmmədova Avro-2025-də final görüşünə çıxacaq

Qızların AÇ-da daha 3 medal qazanmaq şansları var 

Tiranada (Albaniya) 23 yaşlı (U-23) idmançılar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. 

Çempionatın bu günə təsadüf edən 5-ci günü  qadınların yarışına da yekun vurulacaq. AGF-dan verilən məlumata görə, bu gün qadın yığmamızın daha üç üzvünün medal qazanmaq şansı var. Bu trioda yer alan Elnurə Məmmədova (53 kq) çempionluq uğrunda son həlledici final görüşünə çıxacaq. Digər iki təmsilçimiz - Gültəkin Şirinova (57 kq) və Ruzanna Məmmədova (65 kq) isə bürünc medal uğrunda görüşəcək. 

Xatırladaq ki, dünən iki qadın güləşçimiz uğurla güləşərək, biri çempion, digər isə üçüncü olub.

Bu gün yunan-Romaçılar da mübarizəyə qatılıblar. İlk gündə beş klassikimiz döşək üzərinə çıxıb ki, onlarda da ikisi artıq yarımfinala yüksəlib.

İNTİQAM Məmmədov