UEFA Çempionlar Liqası: Bu gün finalın 1/4 finalçıları müəyyənləşəcək
Bu gün keçiriləcək dörd oyunla UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Final oyun günündə Fransanın “Lill” klubu Bakı vaxtı ilə saat 21:45-də Almaniyanın “Borussiya”sını qəbul edəcək.
Bakı vaxtı ilə gecə yarısı Londonun “Arsenal”ı Hollandiyanın PSV komandası ilə, İngiltərənin “Aston Villa” klubu Belçikanın “Brügge” klubu ilə, İspaniyanın “Atletiko”su isə “Real”la qarşılaşacaq.
Bundan əvvəl İspaniyanın “Barselona”, Almaniyanın “Bavariya”, İtaliyanın “İnter” və Fransanın PSJ klubları artıq turnirin 1/4 finalına yüksəlmişdi.
UEFA Çempionlar Liqası
1/8 final
12 mart
21:45. "Lill" - "Borussiya Dortmund" (ilk oyun - 1:1).
13 mart
00:00. Arsenal - PSV (ilk oyun - 7:1);
00:00. Aston Villa - Klub Brügge (ilk oyun - 3:1);
00:00. Atletico Madrid - Real Madrid (ilk oyun - 1:2).