Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

2028-ci ilə qədər yunlu mamontlar canlandırılacaq

"Colossal Biosciences" gen mühəndisliyi şirkətinin alim və mütəxəssisləri 2028-ci ilə qədər çoxdan nəsli kəsilmiş yunlu mamontların dirçəldilməsinin mümkünlüyünü bildiriblər. 

Mamontların əbədi donda uzaq əcdadlarında tapılan DNT nümunələrindən istifadə edilməklə canlandırılması planlaşdırılır. Körpələri isə Hindistandan olan dişi fil daşıyacaq.

Məlumata görə, şirkət hazırda mamont yetişdirmək üçün yer axtarır. Bu məqsədlə ideyanın uyğun şərtləri olan bir neçə ölkədə həyata keçirilməsinin mümkünlüyü ilə bağlı artıq danışıqlar aparılıb.

"Colossal Biosciences" hazırda nəsli kəsilmiş dodo quş növlərinin dirçəldilməsi üzərində Mavrikiyanın səlahiyyətliləri ilə işləyir.