Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Luis Nani: Azərbaycana qayıtdığım üçün xoşbəxtəm

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani yenidən Azərbaycanda olmaqdan xoşbəxt olduğunu bildirib.

Bunu o, Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Məşhur futbolçu Azərbaycanda olarkən keçirdiyi emosiyalardan danışıb: “Azərbaycanı çox bəyəndim. Bakını çox gəzmək imkanım yox idi. İlk dəfə bura “Sportinq”in (Portuqaliya) tərkibində “Qarabağ”la oyun üçün gəlmişdim. Bu təcrübəni yenidən yaşadığım üçün özümü şanslı hiss edirəm. Azərbaycanı bir az da yaxından tanımaq imkanım oldu. Təəssüratlarım çox yaxşıdır”.

Qeyd edək ki, portuqaliyalılar paytaxta mini-futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmək üçün gəlib.