Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elnurə Məmmədova Avropa çempionudur 

Yunan-Romaçımız Ziya Babaşov isə AÇ-nin finalına yüksəlib 

Albaniyanın paytaxtı Tiranada 23 yaşlılar (U-23) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Bu gün çempionatda qadınların yarışına yekun vurulub, yunan-Romaçılar isə mübarizəyə başlayıblar. Qadınların yarışında üç təmsilçimiz medallar uğrunda son görüşünü keçirib. Onların biri çempionluq, ikisi isə bürünc uğrunda güləşib. Çempionluq görüşünə çıxan Elnurə Məmmədova (53 kq) həlledici finalda rusiyalı Yekaterina Kartunkinaya 3;0 hesabla qalib gələrək, qitə çempionu adını qazanıb. Bununla da Azərbaycan komandası Avro-2025-də üçüncü qızıl medalını qazanıb.

Təəssüflər olsun ki, bürünc medal görüşünə çıxan Gültəkin Şirinova (57 kq) və Ruzanna Məmmədova (65 kq) məqlubiyyətlə üzləşərək çıxışını medalın bir addımlığında başa vurub.

Yeri gəlmişkən, bu gün mübarizəyə qatılan klassiklərimizdən isə Ziya Babaşov (63 kq) yarımfinal görüşünü də qələbə ilə başa vuraraq finala yüksəlib. Sabah o, çempionluq uğrunda final görüşünə çıxacaq.

Qeyd edək ki, geridə qalan 5 gün ərzində Azərbaycan komandası ümumilikdə  12 (3-4-5) medal qazanıb. Onlardan 3-ü (2-0-1) qadınların, 9-u (1-4-4) isə sərbəst güləşçilərin payına düşüb.

İNTİQAM Məmmədov