''Gəncə" ilə "Neftçi " də yarımfinala yüksəlib
Kişi basketbol klubları arasında keçirilən ölkə kubokunun 1/4 final oyunlarına bu gün keçirilən daha iki oyunla yekun vurulub və bununla da yarımfinalçılar müəyyənləşib.
Bu gün baş tutan oyunlarda "Gəncə" "Sərhədçi"-ni 94:89 (25:22, 29:21, 20:16, 20:30), "Neftçi" isə ölkə çempionu adını daşıyan "Sabah" klubunu 85:81 (17:21, 32:21, 21:16, 15:23) hesabla məqlub edib.
Beləliklə, martın 28-də keçiriləcək yarımfinalda "Naxçıvan"-"Gəncə" və NTD - "Neftçi" oyunu keçiriləcək. Turnirə martın 30-da final oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, ötən il keçirilən analoji turnirin qalibi adını "Neftçi" klubu qazanıb.
İNTİQAM Məmmədov