U-23 qadın güləş yığmamız AÇ-da dördüncü olub
Albaniyanın paytaxtı Tiranada 23 yaşlılar (U-23) arasında idman güləşi üzrə keçirilən Avropa çempionatında qadınların yarışına yekun vurulub. Yarısı 3 (2-0-1) medal və 89 xalla başa vuran U-23 yiqmamiz komanda hesabında dördüncü olub. Azərbaycan komandası bu nəticə ilə yalnız Türkiyə (144 xal), Ukrayna (127 xal) və Polşadan (93 xal) geri qalıb
Yığmamızın heyətində Günay Qurbanova (59 kq) və Elnurə Məmmədova (53 kq) həmyaşıdları arasında Avropa çempionu olmaqla, qızıl medal, çıxışını üçüncü yerdə bitirən Əsmər Canqurtaran (50 kq) isə bürünc medal qazanıb.
Çempionatda bu gün və sabah isə klassiklər mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov