Azərbaycan yığması Xorvatiyada keçirilən atıcılıq üzrə Avropa çempionatında bürünc medal qazanıb
Xorvatiyanın Osiyek şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında Azərbaycan komandası bürünc medal qazanıb.
Komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilər üçlüyü üçüncü yeri tutub.
Bürünc medal uğrunda döyüşdə Azərbaycan atıcıları 16:14 hesabı ilə Almaniya idmançılarından güclü olublar.
Turnirin qalibi Türkiyə komandası, ikinci yeri isə Çexiya komandası tutub.