Mourinyo Türkiyədə yenidən diskvalifikasiya oluna bilər
Joze Mourinyonun sözlərinə görə Türkiyədə növbəti diskvalifikasiya ilə üzləşə bilər.
Xatırladaq ki, fevralın 27-də “Fənərbağça”nın baş məşqçisi 25-ci turun derbisindən sonra (0:0) “Qalatasaray”a qarşı irqçilik və 4-cü hakimi təhqir etdiyi üçün Türkiyə çempionatının 4 oyununa diskvalifikasiya olunmuşdu. Mourinyo da 42 500 avro cərimələnib.
Martın 1-də məlum olub ki, Mourinyonun diskvalifikasiyası dörd oyundan ikiyə endirilib. Portuqaliyalı mütəxəssis vəziyyəti belə şərh edib: “İntizam komitəsinin rəhbəri cəzalı olmağımı “Qalatasaray”ın forması ilə qeyd etdi. Yalnız burada miqyası başa düşmək olar”.
Türkiyə Futbol Federasiyası Mourinyoya qarşı “futbolun nüfuzuna xələl gətirmək məqsədi daşıyan bəyanatlara” görə intizam komitəsinə şikayət edildiyini bildirib.
Məşqçi üçün ehtimal olunan cəza diskvalifikasiya və cərimədir.