Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanin kişi həndbol millisi qrup oyunlarının hamısında uduzub 

Bolqarıstanın Varna şəhərində kişi həndbolçular arasında inkişaf etməkdə olan ölkələrin çempionatı keçirilir. Azərbaycan millisi də daxil olmaqla 8 komandanın iki qrupda (A və B) mübarizə apardığı çempionatda qrup oyunları başa çatıb. Təəssüflər olsun ki, turnirin B qrupunda yer alan Azərbaycan millisi keçirdiyi hər üç oyunda meydanı məğlub durumda tərk edib. Startda Moldovaya (21:33), ardından Nigeriyaya (17:29) uduzan millimiz ABŞ-la oyunda isə daha fərqli hesabla uduzub - 25:45. 

Bununla da qrup mərhələsini son pillədə başa vuran millimiz bundan sonra pley-offda 5-7-ci yerlər uqrunda B qrupunun sonuncusu olan Paraqvayla üzləşəcək. Pley-off oyunları 15-16 mart günlərində keçiriləcək.

Yeri gəlmişkən, B qrupunda Paraqvayla yanaşı, Bolqarıstan, Kipr və Böyük Britaniya millisi mübarizə aparıb.

İNTİQAM Məmmədov