Qadın boksçumuz Anaxanım İsmayılova mundialın 1/4 finalında
Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. ABF-dan verilən məlumata görə, yığmamızın daha bir üzvü - Anaxanım İsmayılova (48 kq) mundialda mərhələ adlayıb. Qeyd edək ki, 1/8 finaldan mübarizəyə qatılan İsmayılova döyüş keçirmədən 1/4-ə yüksəlib. Buna, onun CAR-dan olan rəqibi Subsisivi Fivokulenin rinqə çıxmaması səbəb olub.
Xatırladaq ki, Anaxanimdan öncə millimizin üzvləri - Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) 1/16 finalı qələbə ilə başa vuraraq, 1/8 finala yüksəlib.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)