Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Dilqəm Əhməd:

...xanım bilsin ki, bu yazı ilə Rəsulzadənin ruhunu incidibdir

Bakuresearchinstitute saytında iki xanımın ortaq yazdığı məqalə gördüm. Rəsulzadə ilə bağlı hissə olduğuna görə maraq etdim. Rəsulzadə ilə bağlı ən elementar biliyi olan adam da oxuyan kimi başa düşəcək, məqalə proje məqalədir və yazanın Rəsulzadənin dünyagörüşü, fəaliyyəti ilə bağlı uzaqdan-yaxından bilgisi yoxdur. Olsa idi, bu qədər zorakı, uydurma şeylər yazmazdı. Qaynaqlara belə baxanda görürsən ki, internetdə pdf-si olan bir-iki kitabdan istifadə olunub və Rəsulzadənin dünyagörüşünü formalaşdıran tarixi mərhələləri belə gözardı edərək gah Dəvət-Qoçdakı məqaləsindən, gah da mahiyyətini anlamadığı Qafqaz Konfederasiyasından bəhs edib.

Ən gülməli yeri isə bu cümlə idi: "Əslində, Qafqazda dinc birgə yaşayış və sülh çağırışları onu İkinci Qarabağ Müharibəsi zamanı cəmiyyət tərəfindən rədd edilən və susdurulan müasir sülh qurucuları (Səmədov 2020) və müharibə əleyhdarı fəallarla daha da yaxınlaşdırır".

Özünə liberal deyən tayfanın Rəsulzadəni zorla liberal camiəyə sırımaqları da köhnə söhbətdir.

Bu məqalə sadəcə gənc deputatın məqaləsinin bir az elmi şəkildə süslənmiş halıdır və xanım bilsin ki, bu yazı ilə Rəsulzadənin ruhunu incidibdir.