Əkbər Qoşalı:
Baba şairin sağ əli hələ baba olmamışların başına!
10 mart şair İbrahim İlyaslının adgünüdür. Qutlu olsun!
İstədim “şair”dən öncəyə “görkəmli”, “tanınmış”, “ünlü”, “ölkəmizdəki ən böyük Poeziya Evinin direktoru “ və s. - belə-belə tanıtım sözlərindən, görəvlərdən yazım - bu dəfə yazmadım. Niyə? - Çün onun ən yeni və ilk kəz qazandığı titulu, görəvi, məsuliyyəti daha şafaqatlıdır - yazsam, gərək elə onuca yazam: Baba İbrahim İlyaslı! Baba şairin sağ əli hələ baba olmamışların başına!
Zarafat-zad öz yerində, İbrahim İlyaslı, həm şair, həm də ictimai xadim olaraq yalnız üzdə yox, ürək içində olan adamdı. Yoxsa, sular sevişərmi navalçalarda?.. Axı, durub-durukən, Osman dayının işıq dirəyini yıldırım niyə vursun ki?.. Sifcinib akasiya ağacının altında selləmə yağışdan qorğanan çağlarını illər sonra ən təsirli şeirinə niyə gətirməlidir şair?.. Çün, ürək ürəkdi - yanar ürəkdi…
Dərin anlamlı poetik düşüncələri ilə ədəbiyyatımıza klassik-çağdaş qarışığı, gözəlmi-gözəl töhfələr verən şair, yaradıcılığında yaşamın gizəmini, sevgini və zamanın dərin izlərini axtarır, bulur və sunur…
Adgününüz qutlu olsun, şair!
Yeni yaradıcılıq uğurları diləyirəm!
* * *
Lilpar Cəmşidqızı
İbrahim abimə yazılan ən gözəl təbriki həvəslə oxudum, ömrü uzun olsun.
Elvin Elizade
Bu gözəl təbrikə görə mən də sizə minnətdaram, sayın başqan! İcazə verin bu təbrikin bir böyrünə də bizlər qoşulaq.
Vasif Süleyman
Nə gözəl təbrik... Bu gün təqvimdə sənsən İbrahim ilyasli
Закир Агдамли
BÖYÜK TURAN SEVDALI, DƏYƏRLİ
ŞAİR DOSTUM ƏKBƏR QOŞALI,
BÖYÜK ŞAİR DOSTUMUZUN HAQQ ETDİYİ TİTULLARI MÜBALİGƏ İLƏ SADALADI, MƏN İSƏ BİRBAŞA MƏTLƏBƏ KEÇİRƏM:
ƏLİ KƏRİM ADINA SUMQAYIT POEZİYA EVİNİN DİREKTORU, AYB POEZİYA BÖLMƏSİNİN RƏHBƏRİ, BÖYÜK ŞAİR, DƏYƏRLİ ZİYALI,
GÖZƏL İNSAN, SADİQ DOST...... olan
İ B R A H İ M İ L Y A S LI,
AD GÜNÜNÜZ QUTLU VƏ MUTLU OLSUN!
SİZƏ, ÜRƏYİNİZCƏ SAGLAM_ UZUN ÖMÜR, MƏNALI HƏYAT, BOL TƏBƏSSÜM,
NƏHAYƏTSİZ UGURLAR DİLƏYİRƏM!
Ehtiramla,
AYB, AJB, AAB, AAŞ, RVŞ,
TAİB İH ... ÜZVÜ
Zakir Agdamlı.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
.jpg)
.jpg)
.jpg)