Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şirin pambıqdan zəhərlənən məktəblilərin son durumu 

14.03.2025-ci il tarixində saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

13:02

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib.

Rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır