Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yevlaxda kütləvi dava ölümlə bitdi

Yevlax rayonunda kütləvi dava qətllə bitib.

Rayon prokurorluğuna istinadən xəbər verilir ki, hadisə martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində baş verib.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti)  isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Yevlaxda kütləvi dava ölümlə bitdi
Yevlaxda kütləvi dava ölümlə bitdi
Hadisə 14 Mart 2025, 11:28
Yevlax rayonunda kütləvi dava qətllə bitib.

Modern.az rayon prokurorluğuna istinadən xəbər verir ki, hadisə martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində baş verib.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti)  isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.