40 minədək köçkün müavinət alanların siyahısından ÇIXARILIB
2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.
Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.
Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Hesabayda qeyd edilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 39 100 nəfər azalıb.