Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Şəhid İbadulla Dadaşovun xatirəsi anılıb - Masallıda

“And yerimiz şəhidlər” 

Oktyabrın 13-də Masallı rayon Şərəfə kənd kitabxana filialı və Folklor evinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi İbadulla Dadaş oğlu Dadaşovun (14.10.1974 - 23.12.2003) anadan olmasının 49-cu ildönümü ilə bağlı tədbir keçirilib. 

Şərəfə kəndində keçirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və şəhilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kitabxananın əməkdaşı Fəridə Mehdiyeva və başqaları bildiriblər ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərə dövlətimizin uğurlu siyasəti, xalqımızın qətiyyəti sayəsində nail olduq. 

Çıxışlarda böyük qələbəyə gedən şərəfli yolda, I Qarabağ müharibəsində canlarını fəda edən İbadulla kimi qəhrəmanlarımızın fədakarlığından bəhs edilib.

Şəhidin anası Həcər Dadaşova oğlu ilə bağlı xatirələrini dilə gətirib.

Məktəblilər Vətənə, torpağa, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Akif AĞAYEV