Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımız Macarıstan turnirindən 3 medalla dönüblər 

Macarıstanın Debretsen şəhərində boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi beynəlxalq turnirə yekun vurulub. Turnirdə iştirak edən Azerbaycan komandası biri qızıl, ikisi gümüş əyarlı olmaqla, üç medal qazanıb. Maraqlıdır ki, hər üç boksçumuz həlledici finalda yerli bokscularla qarşılaşıb. Finala yüksələn triomuzdan yalnız Məhəmmədəlı Qasımzadə (60 kq) döyüşünü qələbə ilə başa vuraraq, turnirin qalibi olub. O, həlledici döyüşdə yerli bokscularlardan Kruzito Kovacsunu məğlub edib - 4:1.

Təəssüflər olsun ki, digər iki finalçımiz - Tural Sarıyev (50 kq) və Əli Abdullayev (65 kq) isə həlledici döyüşdə büdrəyərək ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.

Əli yerli boksçu Milan Petrimanla, Turalsa Atilla Bernatla bacarmayıb.

İNTİQAM Məmmədov