Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan şahmatçıları Avropa çempionatında 

İki gün öncə Rumıniyanın Eforii şəhərində kişi şahmatçıların Dünya Kubokuna secmə xarakteri daşıyan fərdi Avropa çempionatına start verilib. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mukafat fondu 55 min dollar (93 min AZN) təşkil edən bu çempionatda Azərbaycan 13 zəka sahibi ilə təmsil olunur. Dünən turnirdə ikinci turun partiyaları baş tutub. 

Qeyd edək ki, hesabat turunda şahmatçılarımızdan 6-si qalib gəlib, 2-si isə rəqiblə heç-heçə oynadığı halda, qalan şahmatçılarımız məğlubiyyətlə üzləşib. 

Turnirdə qələbə uğrunda Azərbaycan təmsilciləri də daxil olmaqla 376 zəka sahibi mübarizə aparır.

Ölkəmizi təmsil edən 13-lukdə Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abbasov, Read Səmədov, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Vüqar Manafov, Şiroqlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov yer alıb.

İNTİQAM Məmmədov