Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçularımız AK-da 3 medal qazanıblar 

Aysun Məmmədova Avropa Kubokunun qalibi olub 

Xorvatiyanın Poroşe şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirə 14 cüdoçu ilə qatılan yiqmamiz Vətənə biri qızıl, ikisi bürünc əyarlı olmaqla 3 medalla qayıdıb. Bu nəticə ilə Azərbaycan komanda hesabında 37 ölkə arasında beşinci olub.

Qazanılan medallara gəlincə, qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Aysun Məmmədovanın (52 kq), bürünclər isə çıxışını üçüncü yerdə bitirən Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayevnin (44 kq) aktıvinə yazılıb.

İNTİQAM Məmmədov