Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"HÜSNÜNƏ AŞİQ " adlı qrup sərgisi açılıb

Xətai Sənət Mərkəzində Shatu art group tərəfindən təşkil olunan "Hüsnünə aşiq" adlı qrup sərgisi 15 mart 2025-ci il saat 13:00-da açıldı.

Sərgidə Xətt sənəti -təzhib, rəngkarlıq, saplarla mismar üzərində işləmə ,bədii tikmə və ebru sənəti ustalarının yaradıcılığda təqdim olundu.
Sərgini giriş sözü ilə sərginin təşkilatçısı rəssam  Sahilə Rəxtari açaraq tədbir iştirakçılarını salamladı.Söz alan  millət vəkili  Ceyhun Məmmədov,Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Atteşesi  Tarek Abdul Rotoun,xəttat Rəşad Ataşov Rəyyam, İlahiyatçı Lalə Mehtiyeva, string art ustası Aytən Əliyeva, iştirakçı Rəna Paşayeva  sərgi haqda oz ürək sözlərini bölüşdülər. Sərgi coşqunluğu ilə fərqli melodialarin sədası altında davam etdi.
Xəttatlıq və ya kalliqrafiya-müasir dövrdə bəzi dini yazılarda,xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənədlərin təkrarında, həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdəvə əllə yazılması nəzərdə tutulan sənədlərdə istifadə edilir.
Xəttatlıq sadəcə gözəl yazı sənəti olmaqla bərabər,eyni zamanda  mədənıyyətin ruhunu
və estetik dəyərini əks etdirən bir incəsənətdir.
Tədbir Xətt sənətinə ictimai marağın artırılmasına və dəyərlərimizi gələcək nəsillərə ötürməyə xidmət edir.

Fotolar Mahir Əhmədova məxsusdur