Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tiflis Böyük Dəbilqəsinə hazırlıq başa çatır 

Çexiya in Nimburq şəhərindəki Olimpiya Təlim Düşərgəsində keçirilən və Azərbaycan cüdoçuların da qatıldığı təlim-məşq toplanışına (TMT) bu gün yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan yığmasının 19 (9 kişi və 10 qadın) üzvü də daxil olmaqla 36 ölkədən 824 tatami ustasının qatıldığı bu TMT 21-23 mart günlərində Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək Böyük Dəbilqə turnirinə hazırlıq xarakteri daşıyır. 

Yeri gəlmişkən, Azərbaycan Tiflis Dəbilqəsinə 8 çəki dərəcəsində 12 (8 kişi və 4 qadın) cüdoçu ilə qatılacaq. Heyəti Hüseyn Allahyarov, Murad Muradlı ( hər ikisi 60 kq), Rəşad Elkiyev, Nazir Talıbov ( hər ikisi 66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Elmar Qasımovdan ibarət kişi komandasına böyük məşqçi Robert Kravcuk, heyətində Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənlinin (hər ikisi 70 kq) yer aldığı qadın yığmasına isə böyük məşqi Saşa Herkenrenq-Vimar rəhbərlik edəcək. 

Daha bir həmyerlimiz - A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazım Umbayevsə turnirdə ədalət qoruyucuları arasında olacaq.

Yeri gəlmişkən, turnirdə hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, aktivinə 1000, 700 və 500 reytinq xalı yazdırmış olacaq.

İNTİQAM Məmmədov