Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edildi +FOTO=3

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.
Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.
Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və  kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.