Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Novruz şənliyi keçirilib

Ağcabədi r ayon  Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş böyük bayram şənliyi  təşkil  olunub. Ümumrayon  tədbirində RİH  başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid  ailələri, müharibə iştirakçıları, idarə, təşkilat vəmüəssisələrin kollektivləri,  ziyalılar, rayon ictimaiyyətinin  nümayəndələri iştirak edib.
"AZpress.AZ" İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, öncə bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə  baxış keçirilib. Ağcabədidə yaşamış qədim tayfaların, onların adını yaşadan kəndlərdə qorunub saxlanmış adətlərin təqdimatı, ümumilikdə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən görüntülər, səslənən folklor nümunələri keçmişimizin mənzərəsini canlandırıb.
Bahar qızla birgə  faytonla meydanadaxil olan Dədə Qorqud tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra tonqal məşəli rayon rəhbərinə təqdim edilib və bayram tonqalı alovlandırılıb.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin  başçısı Rafil Hüseynov tədbir iştirakçılarını təbrik edib, onlara can sağlığı, ruzi-bərəkət, firavan həyat arzulayıb. Ümumrayon tədbirində gənc  idmançıların nümunəvi  çıxışları böyük maraqla qarşılanıb.
Tədbir boyu Novruz bayramının əsas personajları olan   Kosa və Keçəlin məzhəkələri  tədbirdə xoş  ovqat yaradıb.
Bayram  tədbiri  Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng  konsert  proqramı ilə davam  etdirilib.

Mais İbrahimov