Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Mançester Siti" baş məşqçi postunda Sesk Fabreqası gözləyir

"Mançester Siti" rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır. Artıq “vətəndaşlar”ın rəisləri yeni baş məşqçi axtarışlarına başlayıblar.

İngiltərə klubunun rəhbərliyi "Barselona"nın və İspaniya millisinin əfsanəvi sabiq futbolçusu Sesk Fabreqasın namizədliyi ilə bağlı qərarlaşıb. Fabreqas hazırda İtaliyanın "Komo" klubuna başçılıq edir və bu yay "Mançester Siti" bir mənbəyə görə, ispan məşqçini şirnikləndirmək üçün əlindən gələni edəcək.

Xatırladaq ki, hazırda İngiltərə klubu Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur.