Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Avro-2025-ə 27 güləşçi ilə gedəcək 

Aprelin 7-dən 13-dək Bratislavada (Slovakiya) idman güləşi üzrə (hər üç növdə) növbəti Avropa çempionatı keçiriləcək. Qeyd edək ki, bir həftə davam edəcək bu çempionatda Azərbaycan 27 idmançı ilə təmsil olunmağı planlaşdırır.

AGF-dan verilən məlumata görə, sərbəst güləş üzrə yığmanın heyətində İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Aqanəzər Novruzov (74 kq), Orxan Abbasov (79 kq),  Arseniy Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubəkr Abakarov (97 kq) və Qiorqi Meşvildeşvili (125 kq) cəmləşib.

Qadın yiqmamizin heyətinə U-23 AÇ-da çempion adını qazanan Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alena Kolesnik (59 kq), Birgül Sultanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Elis Manolova (68 kq) cəlb edilib.

Yunan-Roma güləşi üzrə yığma komandanın heyətinə gəlincə, burada 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb. 

İNTİQAM Məmmədov