"Sumqayıt" klubu "Quba"nı məğlub edib
Kişi basketol klublarının mubarizə apardığı ABL-da sayca 19-cu tura start verilib. Turun ilk oyunu B qrupunda yer alan "Sumqayıt"la "Quba" arasında baş tutub. Sumqayıtdakı OİK-də keçirilən oyunda ev sahibi qalib gəlib - 112:103 (34:22, 29:27, 16:24, 33:30).
"Sumqayıt" klubunun heyətində hərəyə 28 xal toplayan Endryu Louderlə Zayon Yanq, "Quba"dan isə Eli Lourens (17 xal+10 podbor + 10 məhsuldar ötürmə) fərqlənib və matçın ən yaxşı oyunçusu seçilib.
Bu gün isə hesabat turunda daha iki oyun keçiriləcək:
"Ordu"-"Lənkəran" ("Sərhədçi" İdman Mərkəzində, 16:00);
"Naxçıvan "-"Abşeron " ("Sərhədçi " İM, saat 29:00).
İNTİQAM Məmmədov