Qadın voleybolçular 16-cı tura çıxacaqlar
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 16-cı olan növbəti turun oyunları keçiriləcək. Təqvim üzrə turda keçirilməsi nəzərdə tutulan hər üç oyun bu gün baş tutacaq.
Saat 16:00-da Bakı Voleybol Mərkəzində "Abşeron"-"Gəncə" oyunu keçiriləcək. Elə həmin vaxtdaca UNEC öz meydanında "Murov Az Terminal" klubunu qəbul edəcək.
Tura saat 18:00-da Bakı Voleybol Mərkəzində baş tutacaq "Azərreyl"-'MAA" qarşılaşması ilə yekun vurulacaq. Bakı Voleybol keçirilən hər iki oyun SBS Spirt kanalı ilə canlı yayımlanacaq.
Hazırda komandaların turnir vəziyyəti belədir:
Abşeron - 37 xal, MAA - 36, Azərreyl - 25, Gəncə - 22, Murov Az Terminal - 15, UNEC - 0 xal.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)