Məmməd Əvəzoğlu:
Əlizadə
Sən körpə çağından ki əziyyətlə tanışdın, Əlizadə,
Xoş gündə, çətin gündə də bu xalqa qarışdın, Əlizadə.
Boks idmanını sevdirə bildin bu cavanlar arasında,
Xalqın, Vətənin naminə qeyrətlə çalışdın, Əlizadə!
Dövran həmişə güclülərin dövranı olmuşdur əzəldən,
Zülmün çənəsin əzməyə yumruqla alışdın, Əlizadə.
Əzminlə, vüqarınla Lerik dağlarının simvolusan sən,
Nə zülmə əyildin, nə də zalımla barışdın, Əlizadə.
Xan Lənkəranında neçə qüdrətli cavan çempion oldu.
Hər bir rəqiblə rinqə çıxıb sən də yarışdın, Əlizadə.
Canın fəda etmiş vətən uğrunda neçə qəhrəmanın var,
Hər cəbhədə əsgər kimi mərdliklə savaşdın, Əlizadə.
Təbriklə Məhəmməd sənə həsr eylədi bu bir neçə beyti,
Şadam ki, ləyaqətlə ömür yetmişin aşdın, Əlizadə.
Məmməd Əvəzoğlu.15.03.2035.
Bu gün əziz dostumuz Əlizadə müəllimin 70 yaşı tamam oldu.15.03.2025.Lənkəran.