Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Maltaya uduzub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci təsnifat mərhələsində Malta ilə qarşılaşıb.
Portuqaliyalı referi Filipa Pereyra Kunyanın idarə etdiyi görüş Malta yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda isə Bolqarıstan Lüksemburqu 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hərəyə altı xal toplayan Bolqarıstan və Lüksemburq komandaları birinci və ikinci yerləri bölüşürlər. Üç xalı olan Malta və Azərbaycan müvafiq olaraq üçüncü və dördüncüdür.