Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elman Eldaroğlu: 

Beynəlxalq Atalar Günü

19 mart Beynəlxalq Atalar Günüdür

Bu əlamətdar gün, bu il Azərbaycanda təntənə ilə qeyd olunan İLAXIR ÇƏRŞƏNBƏ ilə üst-üstə düşür. Xoşbəxt o şəxslərdir ki, bu bayramı atalarının iştirakı ilə keçirəcəklər. Əfsuslar olsun ki, aramızda elələri də var ki, ATAları haqqa qovuşub, bayram süfrələrinin başında olmayacaqlar. Elə mənim atam da martın 19-dan 20-nə keçən gecə rəhmətə gedib....

Mərhum Əli Kərimin "Atamın xatirəsi" şeirini təqdim etməklə, haqqa qovuşan bütün atalara Allahdan rəhmət diləyirəm:

O sərt idi səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını

Bircə dəfə söz açmazdı qəlbindəkindən

Söyləməzdi övlad üçün çox yandığını

 

Gizli-gizli məni süzüb gülərdi hərdən

Durub-durub güc gələrdi əyri qəlyana

Övladına bircə dəfə can söyləməkdən

Övlad üçün can verməyi asandı ona

 

Zəhmətsevər, ağır, enli, cod əli vardı

Tale kimi endirərdi çiynimə hərdən

Sərt üzünə bircə anlıq səhər doğardı

Bilməzdim ki, hansı nurlu düşüncələrdən

 

Sevgisi də soyuq idi təzə əkini

Hər bəladan hifz eləyən qalın qar kimi

...Moskvada oxuyurdum tərk etdi məni

Gələn zaman bir əbədi ayrılıq dəmi

 

Gah istəyib məni görə

Gah deyib ki, mən

Qoy bilməyim, o utanıb öz ölümündən

Ah o niyə belə etdi, bu nə qübardı

Nə zamansa bu nişanda bir atam vardı...