"Ordu" klubu "Lənkəran"ı, "Abşeron"sa "Naxçıvanı məğlub edib
Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) dünən startı verilən və sayca 19-cu olan növbəti turun oyunları davam edir.
Bu gün hesabat turunda daha iki oyun keçirilib. İlk olaraq Bakı İdman Sarayında nominal ev sahibi olan "Naxçıvan" klubu "Abşeron"la üzləşib. Qarşılaşma "Abşeron"un minimal hesablı qələbəsi ilə başa çatıb - 58:60 (5:16, 17:13, 18:15, 18:16).
Eyni məkanda baş tutan digər oyunda isə "Ordu" klubu "Lənkəran"ı üstələyib - 87:65 (14:16, 26:22, 23:13, 24:14).
Xatırladaq ki, hesabat turunun ilk matçında "Sumqayıt" "Quba"nı üstələyib - 112:103.
Tura martın 19-da keçiriləcək üç oyunla yekun vurulacaq.
İNTİQAM Məmmədov