Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"NOVRUZ ƏNƏNƏLƏRİ" adlı rəsm sərgisi +FOTO=46

17 mart 2025 ci ildə Xətai Sənət Mərkəzində Ümumi Təsviri Sənət Ənənəsi (General Visual Art Tradition) qrupunun təşkilatçılığı , "Rəngarəng Zəkalar" tədris mərkəzinin dəstəyi ilə Novruz?Bayramına həsr olunmuş 4-18 yaş uşaqlar və yeniyetmələr arasında "NOVRUZ ƏNƏNƏLƏRİ" adlı rəsm sərgisi keçirildi.
Sərgini giriş sözü ilə  rəssam Gövhər Məmmədova açaraq qonaqları salamladı. Bütün iştirakçılara uğurlar arzuladı. Daha sonra Rəngarəng Zəkalar tədris mərkəzinin rəhbəri - Sona Qurbanova çıxış edərək sərgi iştirakçılarını təbrik etdi. Bu çıxışdan sonra Xətai sənət mərkəzinin təsviri sənət müəllimi, rəssam- Gündüz Həbibova söz verildi. O da uşaqların  çəkdiyi rəsmlərdə hərənin öz düşüncəsi, öz rəng koloriti olduğunu vurğuladı.Bundan sonra davam olaraq rəssam - qrafik dizayner - Vüsalə Yunusovaya söz verildi. O isə uşaqlara gələcəkdə daha fəal, irəli getmələrini və daha çox çalışmalarını arzuladı. Bütün bu çıxışlardan sonra çıxış üçün söz  gənc sənətşünas Şəhanə Mansırovaya söz verildi.O, sərgi iştirakçılarına daha da fəal olmalarını arzuladı və sərgilənən rəsmlərin rəngarəng olduğunu bildirdi. 
İlk ifa Xəzər Universiteti Dünya məktəbinin müəllimi- Ş.Aybəniz xanımdan gəldi. O, mahnı oxuyaraq qonaqları salamladı. Xəzər Universiteti Dünya məktəbi İbrahimova Surə ,Sərgidə 287 saylı Zəkalar liseyi Əliyeva Səbinə müəllimə, Xəzər Universiteti Dünya məktəbinin və Süleyman Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbinin müəllimi Ş.Aybəniz, Gənclər Evi Tədris mərkəzinin müəllimi Ələskərova Könül,Nargiz rəsm kursunun müəllimi Abbasova Nərgiz,Qərb tədris mərkəzinin  rəssamlıq kursunun müəllimələri  Vüsalə Yunusova və Ayşən Məmmədova, Fikrət Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbi Ağayeva Gülşən Niftiyeva Aydan, MM tədris mərkəzinin rəsm müəllimi Könül Məmmədli,Heydər Əliyev adına liseyin müəlliməsi Aysel Əliyeva, Bakı İstanbul liseyinin müəllimi Nuriyeva Kəmalə,Zeynəbart rəssamlıq kursunun müəllimi Həşimzadə Zeynəb və digər tədris mərkəzlərinin müəllimləri öz şagirdləri ilə rəsm  sərgisində fəal iştirak etmişdilər.
Daha sonra rəqs performansında Qərb tədris mərkəzinin rəqs müəllimi, xoreoqraf Əli Cəfərovun və Leyla Babacanovanın tələbələri sərgidə  çıxış etmişdilər. Sərgini isə Novruz Bayramının atributları olan Kosa və Keçəl uşaqları əyləndirərək səhnəciklər göstərmişlər.
Sərginin mətbuat dəstəkçiləri azpress.az  və xalqqazeti.az informasiya saytlarıdır.

Mahir Əhmədov