Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Gəncə", yoxsa "Şəki" vahid lider olacaq?

Kişi basketbol klublarının mubarizə apardığı ABL-da bu gün keçiriləcək daha üç oyunla 19-cu tura yekun vurulacaq. Üç oyundan biri B, ikisi isə A qrupunda baş tutacaq. Günün mərkəzi oyunu isə hərəyə 32 xalla B qrupuna şərikli liderlik edən "Gəncə" ilə "Şəki" arasında olacaq. Qeyd edək ki, Şəki OİK-də baş tutacaq bu derbinin qalibi qrupun vahid liderinə çevriləcək. 

Günün digər iki oyunu isə "Sərhədçi" İdman Arenasında baş tutacaq. Əvvəlcə A qrupuna vahid liderlik edən ölkə çempionu "Sabah" qrupun sonuncusu olan NTD ilə qarşılaşacaq. Cütün favoriti hesab edilən "Sabah" qalib gələcəyi təqdirdə, ən yaxın izləyicisini 3 xal geridə qoyacaq. Tura və günə "Sərhədçi" - "Neftçi" oyunu (saat 29:00. "Sərhədçi" İA) ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov