Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi boksçuların Göygöl TMT davam edir 

Kişi boksçulardan ibarət Azərbaycan yığmasının 13 martda Göygöldəki Olimpiya İdman Kompleksində startı verilən təlim-məşq toplanışı (TMT) davam edir. ABF-dan verilən məlumata görə, baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında davam edən TMT-yə 31 dəri əlcək ustası cəlb edilib. Toplanışda əsasən boksçuların texniki -taktiki hazırlığına üstünlük verilir. 

Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan bu TMT-yə martın 25-də yekun vurulacaq.

İNTİQAM Məmmədov