Azərbaycan millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində ilk oyununa çıxacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Komanda B Liqasının VI qrupunda Albaniya ilə qarşılaşacaq.
Oyun Albaniyanın Elbasan şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Müller idarə edəcək.
Xatırladaq ki, bütün qrup oyunları Albaniyada keçiriləcək.