Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə  şəhid ailələri ziyarət olunur +FOTO=11

Ağcabədidə  demək  olar  ki, bütün bayramlarda şəhid ailələri  ziyarət olunur. Xalqımızın qədim bayramı  olan  Novruz  ərəfəsindədə bu ənənə davam etdirilib.  Ağcabədi  Rayon İcra Hakimiyyətinin  başçısı  Rafil  Hüseynov,  icra  başçısnın  müavinləri, aparatın şöbə müdirləri şəhid ailələrində olur, onlara  bayram  sovqatları  aparırlar.  Martın 18-də rayon rəhbəri şəhid Həsən  Süleymanovun  ailəsini  ziyarət  edib. Çay süfrəsi  arxasında  söhbət zamanı  icra başçısı  ailənin qayğıları ilə maraqlanıb, bəzi  məsələlərin həlli ilə bağlı  lazımi  köməklik göstərəcəyini diqqətə  çatdırıb. Şəhidin  xanımı  Qumru  Süleymanova  istər  rayon rəhbərliyindən,  istər rayon  sakinlərindən hər  zaman  diqqət,  qayğı gördüyünü  qeyd  edərək  öz  minnətdarlığını bildirib. Sonra  birgə  xatirə şəkli çəkdirilib.

Mais İbrahimov