Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vaqif Bəhmənli:

Çətin hava

Haçan hava qarışıb ötsə tufan, qasırğa,

Ölər kasıb sobası, külü çıxar evindən.

 

Şaxta vurar, donar baş, burun sırsıra bağlar,

Özündən deyən ağzın dili çıxar evindən.

 

İzi, ləpiri qumla doldurubsa dəli yel,

Kilidlə dər-divarı, yolu... çıxar evindən!

 

Çöldə şaxta, qan isti, sümürməsə sonacan

Güman eyləmə qopar, zəli çıxar evindən.

 

Sevdanın sarayını qar tutubsa dibəcən

Necə deyim nərgizi sulu çıxar evindən?

 

Qapını döysə qərib, varsa, ovcuna pay bas,

Boş qaytarma fəqiri, dolu çıxar evindən.

 

Ocağının istisi istərsən tükənməsin –

Aradan əsən yeli, çölü çıxar evindən.

 

Ağlı başıında kəsin pis havada nə işi?-

Belə tufanda çıxsa dəli çıxar evindən.

 

Şaxta quduzdu,Vaqif, bürün səbrinə qat-qat,

Bərk durmasan Allahın əli çıxar evindən!

08.02.25

* * *

Musa Aslanxanlı

Yaxşı şeirdi... Ocağının istisi istərsən tükənməsin –

Aradan əsən yeli, çölü çıxar evindən.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.