Formula 1-in 12-ci komandası 600 milyon dollar giriş haqqı ödəyəcək
Formula 1 çempionatında 12-ci komanda meydana çıxsa, onun sahibləri 600 milyon dollar giriş haqqı ödəməlidirlər.
Xatırladaq ki, yanvarın ortalarında FİA prezidenti Məhəmməd bin Sulayem Andretti və "Cadillac"ın Formula 1-ə qatılmaq niyyətləri fonunda Formula 1 gridini 12 komandaya genişləndirməmək üçün heç bir səbəb olmadığını bildirmişdi.
Bundan əvvəl FIA və Liberty Media "Cadillac"ın müraciətini rəsmi olaraq təsdiqləmiş və komandanın Formula 1 pelotonunda hələ 2026-cı ildə görünəcəyini təsdiq etmişdi. Mətbuatın yazdığına görə, "Cadillac" 450 milyon dollar giriş haqqı ödəyib.