Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

2027-ci ildə Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

Bakı Olimpiya Stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.

Bu barədə qərar Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Məlumata görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması 2027-ci ildə İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda baş tutacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün finalına ev sahibliyi etmək üçün Bakı və Madrid UEFA-ya müraciət etmişdilər.