Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rasim İsmayılov: 

Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

Bir az inciyən, bir az da küsən xanımlara!

9 martda sizindir, lap 31 dekabr da. Hətta 29 fevral da.

Bunların hamısını o binəva kişilər yazıb sizə,

Bəlkə tanrı da gözləmirdi sizi bu qədər sevəcəyimizə.

 

Gəl gülüm, gəl çiçəyim, gəl ki, mən ilhama gəlim,

Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

***

Şəhərə aydınlıq üzündən düşüb,

Sığallı xanımlar nazından düşüb,

Yanıqlı - yanıqlı baxır kişilər,

Çoxunun arvadı gözündən düşüb,-

Hara aparırsan bu gözəlliyi?

***

Qayıt, yerinə qoy Ayı, Günəşi-

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı!

***

Səni də düşəsən mənim günümə,

Sənin göyün olsun,

quşun olmasın.

İlahi, neyləsən, sən mənə eylə,

İlahi, bu qızla işin olmasın…

***

Saldı qara gözlərin neçə aşiqi bəndə,

Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

Kamına çatmayaydı,

Səni yaradırdısa məni yaratmayaydı.

***

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim…

***

Yalnız indi anladım: ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

***

- Dənizi hədiyyə verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

- Mən isə... göyləri verirəm, - dedin...

***

Hayanda oldumsa səhər, ya axşam,

Aradın sən məni, gördün sən məni.

İndi gözlərinin qabağındayam,

Hayanda durum ki,

Görəsən məni?

***

Yoxsa da könlümün sınıqları var,

Hicranın köz basmış yanıqları var,

Mənim dərdlərimin ayaqları var,

Harda olsa, gəlib tapacaq məni,

Yaxıb yandıracaq bu ocaq məni.

***

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan, bacımsan, nənəmsən, nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

***

Min illərçün də Allahdan

Gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

***

Bu şəkildə özündən də gözəlsən

Necə edim bu şəkilə çəkiləm?

***

Dönüb baxırsan ki:

sevgidə üçüncü yox,

ikinci adam artıqmış...

***

və heç kəsin anlamayacağı bir şeydi

mənim sənə anlatmaq istədiklərim..

* * *

Ризван Гаджиев

Sənətkar, şah misra da gəldi:"Səni gördüm, əl götürdüm dünyadan.."

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.