"Qarabağ" azarkeşlərinin davranışına görə cərimələnib
“Qarabağ” futbol klubu azarkeşlərinin davranışına görə 1500 manat cərimə olunub.
Bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul edilib.
Cəzaya səbəb Premyer Liqanın 27-ci turunun “Kəpəz”lə oyunundan sonra azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi olub.
“Sabah” klubuna da cərimə kəsilib. “Zirə” ilə oyunda reqlamenti pozduğuna görə komanda 500 manat cərimə olunub.