Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əbülfət Mədətoğlu:

Ata və anamın ZİYARƏTİNDƏ

Gəlirəm..bir azdan çıxacam yola

Aylardı qalmışam ziyarətindən...

Ayrılıq mənimlə girib qol-qola -

Dərdi tanıyıram qiyafətindən...

 

Sayıram günləri... düz bir ay yarım -

Qalıb həmin günə - Mələk gününə!..

Sənin ad gününü unudan bizlər -

İndi yığışırıq, gələk gününə!

 

Nələr soruşacam, nələr deyəcəm -

İçimdə ələyib tapmıram heç nə!..

Qarşında susacam... kirpik döyəcəm -

Mənim günahımdan bu dəfə keçmə!..

 

Aylar ötüb getdi lal kimi - səssiz,

Yaşam qayğısıyla yükləndik, dolduq...

Sənsiz bir-birindən uzaq düşən biz -

Məzarın başında yenə bir olduq!

 

...Gəlirəm ay atam, ay anam sizin

Başınız üstündə şam olum bir az...

Sizdən nə gizlədim, görüb mən üzün -

Həmin ailəmin - tam olum bir az...

* * *

Vahid Paşayev

Ata-ana məzarının ziyarəti,Kəbə ziyarətinə bərabərdir.Yolunuz açıq olsun.Allahın mərhəməti bu ərəfələrdə ruhları şad edənlərin üzərində olsun!

Ürəyimdəki Sənsən

Çox DƏYƏRLİ RUH DOĞMALARIM, mənim özəl hisslərimə göstərdiyiniz Diqqət və Sayqıya görə hər birinizə ayrı-ayrılıqda TƏŞƏKKÜR edirəm! Allah Sizlərin də Cənnətlik doğmalarınızın RUHLARINI şad etsin!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.