Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünyanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb

Finlandiya artıq səkkizinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Bu qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatında öz əksini tapıb.

İlk üçlüyə Danimarka və İslandiya da daxil olub. Əfqanıstan 147 ölkə arasında sonuncu yerdə qərarlaşıb.

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Onun hazırlanmasında Gallup sorğu agentliyi və Oksford Rifahın Öyrənilməsi Mərkəzi iştirak edir. Tədqiqatçılar reytinq tərtib edərkən adambaşına düşən ÜDM, sosial təminatın səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına riayət olunması, məşğulluq təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar. Əsas kimi üç il ərzində toplanmış orta göstəricilər götürülür.