AFFA saxtakarlığa yol verən klubların nəticələrini ləğv edib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Region Liqası çərçivəsində keçirilən iki oyunun nəticələrini ləğv edib.
AFFA bu matçlarda saxtakarlıq hallarını müəyyən edib.
“Ərgünəş” (Füzuli) – “Ümid” (Saatlı) matçında meydan sahiblərinin heyətində lisenziyası olmayan futbolçular yer alıb. Füzuli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Sabirabad" - "Mil Muğan" matçında meydan sahiblərinin heyətində digər komandanın futbolçusu iştirak edib. Sabirabad təmsilçisinə texniki məğlubiyyət verilib (0:3).