FƏRMAN İMZALANDI: Ukraynalılar leqallaşdırılmalı və ya ölkəni tərk etməlidirlər
Rusiya prezidenti Vladimir Putin 2025-ci il sentyabrın 10-dək Rusiya Federasiyasında qeyri-qanuni yaşayan Ukrayna vətəndaşlarının ya olmalarını qanuniləşdirməli, ya da ölkəni tərk etməli olduğu fərman imzalayıb.
Miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Fərmana əsasən, Rusiyada yaşamaq üçün qanuni əsasları olmayan ukraynalılar özbaşına ölkəni tərk etməli və ya müəyyən edilmiş müddət ərzində hüquqi statuslarını tənzimləməlidirlər.
Rusiya Səhiyyə Nazirliyi də öz növbəsində Ukrayna vətəndaşlarını müəyyən olunmuş vaxt çərçivəsində tibbi müayinədən keçirməlidir.
Xatırladaq ki, fevral ayından Rusiya Federasiyasında qeyri-leqal miqrantların deportasiyası rejimi qüvvədədir. Onlar aprelin 30-dək qalmalarını qanuniləşdirməli və ya Rusiyanı tərk etməlidirlər.