Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elçin Mirzəbəyli:

Torpaqlarımızı işğaldan azad etdiyimiz zaman kəsiyində hakimiyyətdə İmamoğlu olsaydı, gedib Makronun yanında dayanacaqdı...

Əkrəm İmamoğlunun həbsi ilə bağlı aparılan müzakirələrdən nə qədər kənar durmağa çalışsam da, olmadı. Bacarmadım. Türkiyənin daxili işi olan və ədalət məhkəməsinin qərar verəcəyi bir məsələyə, həm də Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan Əkrəm İmamoğluya görə torpaqlarımızın işğaldan azad edildiyi, suverenliyimiizin bərpa olunduğu zaman kəsiyinin hər anında yanımızda olan, mənəvi və siyasi dəstəyi, qətiyyəti ilə gücümüzə güc qatan Rəcəb Tayyib Ərdoğanın aşkar və gizli şəbəkələrin qulbeçələri tərəfindən utanc doğuracaq bir şəkildə hədəfə alınmasına biganə qala bilmədim. Tutaq ki, İmamoğlu kimi itin-qurdun yanında olan xəyanət dağarcıqlarının xislətini hardasa anladıq, bəs özünü illərdən bəri "vətənsevər", "türkçü", "Turançı" kimi ictimai rəyə sırıyanlara nə gəlib? Belələrini reabilitasiya edib "dəbə mindirənlər" hara baxırlar? Zamanında deyəndə ki, Sorusun, NED-in, USAİD-in yal verdiklərini reabilitasiya etmək mümkün deyil, onlar hüceyrələrinə kimi "xəyanət" virusuna yoluxublar, ən iyrənc böhtanlarla, şər-şəbədə ilə əksini sübut etməyə çalışırdılar. İndi boylansınlar sosial şəbəkələrdəki mənzərəyə və korafəhim olduqlarının fərqinə varsınlar.

Adamlar, təxminən 1-2 ay, yaxud 5-10 gün öncə işğaldan azad etdiyimiz yurd yerlərimizdə, bəziləri isə elə öz uçuq evlərinin 5-10 addımlığında poz verib şəkil çəkdirirdilər, bu gün isə Ərdoğanı hədəfə alıblar. Leksikonumda olmayan sözləri yazmamağa çalışıram... Ayıbdı, vallah... Utanın, yerə girin. Elə işğaldan azad olunmuş evinizin həyətindəki yerə girsəniz, yetər...

Bu adamlar anlaya, yaxud qəbul edə bilmirlər ki, əgər torpaqlarımızı işğaldan azad etdiyimiz zaman kəsiyində hakimiyyətdə Ərdoğan deyil, İmamoğlu olsaydı, ən yaxşı halda gedib Makronun yanında dayanacaqdı...

Biz yaxşılığı, mərdliyi unutmayan millətin övladlarıyıq. Unudanlar isə bizdən deyil!

P.S. Bu statusu yazmaq vəfa borcum idi və yazdım...

* * *

Rehman Seyidzade

R.T.Ərdoğan Azərbaycan xalqını, dövlətini sevən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən, hələ Qarabağ savaşı başlamamışdan öncə dəfələrlə BMT nin tiribunasından və digər siyasi tribunalarda Azərbaycana qarşı haqsız siyasət yürüdənlərə səslənmiş, Azərbaycanın torpaqlarını qəsb edənlərə və onların himayədarlarına lazımı sözünü demiş böyük siyasi lider, böyük şəxsiyyətdir, bunu unutmaq olmaz. Türkiyə tarixində Azərbaycanı bu cür dəstəkləyən ikinci bir lider olmayıb. Qarabağ savaşı başlayan saniyədən Azərbaycanı dəstəkləyən, yanında olan yeganə lider Recep Tayyip Erdoğandır. Unutmayın ey haramzadalar, nankörlər

Eyvaz Məmmədli

Əkrəm İmamoğlu kimi erməni pərəst biri ilə Daim Azərbaycana dəstək olan Ərdoğan arasında fərqi görə bilməyənin zehniyyətində, əqidəsində ciddi problem var!

Parviz Hashimli

Burada söhbət İmamoğludan getmir. Məsələ odur ki, Ərdoğan ömürlük sultanlıq iddiasındsdır. Türkiyə kimi oturuşmuş demokratiyası olan ölkəni avtoritarizmə sürükləyir.

Sevinc Askeroğlu

Hörmətli Elçin bəy, ne gözel yazmişsiniz, Allah qeleminize ve üreyinize güc-qüvvet, sağlıq versin.

Biz yaxşiliği, mərdliyi unutmayan Millətin Vəfali övladlariyuq. Unudanlar isə, bizdən deyil!!

Əkrəm Imamoğlu və onun tərəfdarları Türkiyənin üzqarasıdırlar!!

AzərbayCanda 44 günlük Veten Müharibesi dönəmində bir dəfə də olsun üzə çıxmadı, AzerbayCanla əlaqəli danışmadı, özünü xəstəliyə vurmuşdu, guya Covid olub amma zənnimcə bu məxluq xroniki Xəyanət Virusuna yoluxmuşlardandır, bu qədər!!

Pərviz Rəhimoğlu

Ərdoğana qarşı siyasi fikir ayrılığı olanları başa düşmək olar. Hər kəsin bir siyasi düşüncəsi ola bilər. Lakin Ərdoğanın acığına İmamoglu və onun kimilərin türk düşməni olan qüvvələrə xidmət etdiyini görməmək artıq xəyanətdir. Azərbaycanda bu mövqedə olanların əksəriyyəti hər hansı formada və vasitələrlə (media, QHT və s.) türk düşməni olan qüvvələrdən qidalanan qruplardir.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.