Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ukraynalı model şeyxlərlə əyləndikdən sonra yolun kənarında tapılıb - Ayaqları, qolları və onurğası sınıb

Dubayda (BƏƏ) 20 yaşlı ukraynalı model Mariya Kovalçuk yolun kənarında tapılıb. Onun qolları, ayaqları və onurğası sınıb, qızın vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, model Dubaya fevralın 15-də gəlib. Martın 9-da onun ad günü idi və şeyxlərin məclisinə getmişdi. Ertəsi gün Kovalçuk anasına zəng edərək çaşqın səslə dedi ki, o, yaxınlarda tanış olduğu kişilərlə oteldə vaxt keçirəcək. Bundan sonra yaxınları 8 gün qızla əlaqə saxlaya bilməyiblər. Qızın qohumları hesab edir ki, Kovalçukun cinsi köləliyə məcbur edilə bilərdi, orada bir neçə gün zorlanıb, sonra yola atılıb.

Kovalçuk iflic olub, o, ancaq dodaqlarını hərəkət etdirə bilir, artıq üç əməliyyat keçirib. Qız reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.