Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əbülfət Mədətoğlu:

İlğım TƏSƏLLİ

Mənasın itirir hər şey,

Heç nəyə çevrilir yaşam...

Baxıram çevrəmə key, key-

Otam, ağacam, nə daşam?!.

 

Susmağa künc axtarıram

Dilimi sıxıb dişimlə...

Mən Allahdan vaxt alıram -

Mirzəlik olan işimlə...

 

İçində boğulduğum an

İlləri çırpır və sərir...

Hər şey üçün göynəyən can

İlğımdan adamlıq dərir!

 

Bu , özü özün aldatmaq

Bir az da şişmiş köpükdü...

Yetər yalana bal qatmaq -

Adamlıq sınıb töküldü...

 

Mənası itən hər şeyin

Sonuncu ipi də süzük...

Baxıb güzgüyə və deyin -

Hamı əyridi, biz düzük!

* * *

Ferhad Meherremov

Yetər yalana bal qatmaq-

Adamlıq sınıb töküldü...

Əla!!

Bəhram Bilaloğlu  

Eşq!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.